İstanbulda qarşıdurma: çox sayda yaralı var

31 May 2013 15:05 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərindəki məşhur Taksim meydanında keçirilən aksiyaya polis müdaxiləsi nəticəsində onlarla insan yaralanıb. Türkiyə mətbuatının xəbərinə görə, yaşıllıqların məhv edilməsinə etiraz edən aksiyaçılara qarşı bibər qazından istifadə olunub.

Bundan başqa toqquşmada mətbuat nümayəndələrinə də ciddi xəsarət yetirilib. Bir neçə jurnalist və operator taksim təcili yardım xəstəxanasına yerləşdirilib.

Qarşıdurma nəticəsində yaralananlar arasında millət vəkilləri və tanınmış sənətçilər də var.

Elnarə Əlosmanqızı
AzNews.az