Dünyanın ən qədim bayramı

1 İyun 2013 07:30 (UTC+04:00)
Bu gün 1 iyun- Beynəlxalq Uşaqları Müdafiə günüdür. Bu günün bayram edilməsi barədə qərar 1925-ci ildə Cenevrədə uşaqların müdafiəsinə həsr edilən beynəlxalq konfransda qəbul edilib.

Versiyalardan birinə görə 1925-ci ildə Çinin an-Fransiskodakı baş konsulu yetim çinli uşaqları toplayaraq onlar üçün bayram təşkil edib. 1 iyunda qeyd edilən həmin bayram Cenevrədə keçirilən konfransla eyni günə təsadüf etdiyindən 1 iyun Uşaq günü kimi qeyd olunmağa başlayıb.

1949-cu ildə Parisdə qadın konqresi keçirilərək uşaqların gələcək xoşbəxtliyi üçün sülhün qorunub saxlanmasına diqqət çəkilib. 1950-ci ildə ilk dəfə olaraq 1 iyun Beynəlxalq Uşaqları Müdafiə günü kimi qeyd olunmağa başlayıb.

Elnarə
AzNews.az