Ronaldu “Real Madrid”dən gedəcəkmi?

1 İyun 2013 09:26 (UTC+04:00)
Hələ mövsümün əvvəlində verdiyi açıqlamaların birində klubda xoşbəxt olmadığını bildirməsiylə transfer gündəminin bombasını hazırlayan K. Ronaldu yenidən "kral klubu"nu tərk edəcəyi ilə bağlı xəbərlərlə gündəmə gəlib.

Qeyd edək ki, portuqaliyalı ulduzun "Mançester Yunayted"ə qayıtma ehtimalı xüsusilə qabardılır, tanınmış xəbər portallarından bu tip yazılar əskik olmurdu.

"Real Madrid" klubunun prezidenti Florentino Perez mətbuata danışarkən bu məsələyə də aydınlıq gətirib. O, portuqaliyalı oyunçunu dünyanın ən çox qazanan futbolçusu edəcəyini bildirib. Perez həmçinin əlavə edib ki, o, Özil və Ronaldu tandemini çox bəyənir və prezidentliyinin sonuna qədər bu cütlüyü Madriddə saxlamağa çalışacaq.

Elvin
AzNews.az