İsmət Abbasov Ruminiyaya gedir

1 İyun 2013 10:00 (UTC+04:00)


Kənd təsərrüfatı naziri İsmət Abasov iyunun 2-7-də Rumıniyada səfərdə olacaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nazir Beynəlxalq Üzüm və Şərab Təşkilatının 36-cı Dünya Konqresində iştirak edəcək. Qeyd edək ki, Konqresdə Azərbaycanın bu təşkilata üzvlüyə qəbul olunmasına baxılacaq.

AzNews.az