Göygöldə ev yandı

2 İyun 2013 07:36 (UTC+04:00)
Göygöldə yanğın hadisəsi qeydə alınıb. AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Göygöl şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı evdə yanğın baş verib.

Nəticədə evin 1 otağında 1 ədəd yataq dəsti və "Krusna" markalı televizor yanıb.

Ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az