Gədəbəydə ağır qəza: ölən var

3 İyun 2013 10:58 (UTC+04:00)


Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Dəyirmandağ kənd sakini 20 yaşlı Samir Məmmədov "VAZ 21011" markalı avtomobili idarə edərkən qəza törədib.

Avtomobil sürücünün idarəetməsində çıxaraq aşıb. S.Məmmədov hadisə yerindəcə keçinib. Sərnişinlər 24 yaşlı Zabit Ocaqverdiyev və 23 yaşlı Vəkil Yusifov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırmalar aparılır.

AzNews.az