Rəsul Quliyevin 10 adamı Milli Şurada

4 İyun 2013 14:27 (UTC+04:00)
"Açıq Cəmiyyət Partiyası ilə Milli Şuranın təşəbbüskarları arasında danışıqlar davam etdirilir. Burada mübahisə predmeti olan məsələlər arasında həm partiyamızın MŞ-də təmsilçi sayı, həm də qurumun nizamnaməsi və digər təsis sənədləri ətrafında müzakirələrdir".

Bu sözləri AzNews.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, Milli Şura ilə bağlı vəziyyət, qurumun təsis sənədlərinin hazırlanması və tərkibin elan olunması məsələləri o qədər də sadə deyil: "Vəziyyət mürəkkəbdir. Biz hazırda partiyada da bu məsələni müzakirə edirik. MŞ-in təşəbbüsçüləri ilə danışıqlarımız davam edir".

ACP-nin Milli Şurada neçə nəfərlə təmsil olunacağı ilə bağlı suala gəlincə, S.Əkbər deyib ki, onların partiyası MŞ-də ən azı 10 nəfərlə təmsil olunacaq: "Say məsələsi ilə bağlı hələ ki, yekun razılıq əldə olunmayıb. Ancaq bu rəqəmin ən azı 10 olacağını deyə bilərəm".

Anar
AzNews.az