“Türkiyə rəhbərliyi mürəkkəb məsələlərin həllini tapmağa nail olacaq“

4 İyun 2013 18:40 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin Türkiyədə baş verən hadisələrə münasibət bildirib.


V. Putin ümid etdiyini bildirib ki, Türkiyə hökuməti problemi yoluna qoya biləcək: "Biz düşünürük ki, Türkiyə rəhbərliyi müxalifətlə, vətəndaş cəmiyyəti ilə dialoq nəticəsində bu gün küçələrdə qaldırılan bütün mürəkkəb məsələlərin həllini tapmağa nail olacaq. Etiraz aksiyalarının legitim formata – insanların bir-birini eşidəcəyi dialoq müstəvisinə keçməsi lazımdır".

V. Putin Rusiyanın Türkiyə ilə çox yüksək səviyyəli mehriban münasibətlərə malik olduğunu da vurğulayıb.//apa//


AzNews.az