Ev sahibinin əl-qolunu bağlayıb, oğurluq etdilər

5 İyun 2013 10:27 (UTC+04:00)
Bakıda quldurluqda şübhəli bilinən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, martın 7-də naməlum şəxslər Hövsan bağlarında yaşayan Züleyxa Əsgərovanın evinə daxil olaraq, onun və evdə olan Humay Nəsirova ilə Fərzanə Ağayevanın əllərini bağlayaraq hədə-qorxu gəliblər.

Daha sonra evdən 900 manat, 1 ədəd qızıl və 1 ədəd gümüş üzük götürərək qaçıblar. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunan Rüfət Məmmədov tutulub, digər şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az