TQDK 651 nəfərlik siyahının açıqladı

5 İyun 2013 10:59 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarından azad edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərin siyahısını açıqlayıb.

Siyahı 2012 - 2013-cü tədris ilində rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji –tibbi -pedaqoji komissiyaları tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanıb.

Həmin şagirdlərin adı, məktəbi, iş nömrələri komissiyanın internet saytında yerləşdirilib. Siyahıda iyunun 4-dək təqdim edilən materiallar əsasında 651 şagirdin adı daxil edilib.

Elnarə
AzNews.az