Azərbaycan yığması Türkiyəyə qarşı

5 İyun 2013 11:40 (UTC+04:00)
Bu gün III Caspian Cup beynəlxalq turnirinə yekun vurulacaq. AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən yarışın final mərhələsində 2 matç baş tutacaq.

Əvvəlcə 3-cü yer uğrunda görüş keçiriləcək. Burada yarımfinal mərhələsində millimizə məğlub olan Gürcüstanla Yaponiya qarşılaşacaq.

Həlledici oyunda isə yığmamızla Türkiyə üz-üzə gələcək.

5 iyun (çərşənbə)
Gürcüstan – Yaponiya
Saat 16:30. Bayıl stadionu
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rəvan Həmzəzadə, Namiq Süleymanov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Arif Ağayev

Azərbaycan – Türkiyə
Saat 20:00. Bayıl stadionu
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Rza Məmmədov, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev

Elvin
AzNews.az