“Rusiya, Ermənistandan rədd ol”

5 İyun 2013 14:26 (UTC+04:00)


Rusiyanın İrəvandakı səfirliyi qarşısında mavi yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyası keçirilib. APA-nın məlumatına görə, iştirakçıların əllərində tutduqları şüarlarda "Rusiya, Ermənistandan rədd ol!", "Qazprom, Ermənistandan rədd ol" şüarları yazılıb.

Aksiya iştirakçıları səfirə məktub təqdim ediblər, məktubda səfirlikdən İctimai Xidmətlərin Nizamlanması Komissiyasının qazın qiymətlərinin müzakirəsini təxirə salmaq üçün müdaxilə etmək xahiş olunur.

Prezidentliyə sabiq namizəd Arkadi Qukasyan bildirib ki, səfirə müraciət etməkdə məqsəd "Qazprom"un dövlət müəssisəsi olmasıdır.

"Armtoday" saytının rəhbəri Kiviryan bildirib ki, söhbət mavi yanacağın qiymətinin qalxması ilə mübarizədən getmir: "Söhbət strateji tərəfdaş olan ölkənin istənilən məsələ ilə bağlı Ermənistana münasibətinin nəzərə alınmasından gedir. Bu ilk hal deyil. Rusiya uzun illərdir Ermənistanın zəifləməsi üçün belə addımlar atır. "Sooteçestvenniki" proqramını xatırlamaq kifayətdir. Rusiya daim Azərbaycanı silahla təmin edir, Ermənistan isə bu ölkə ilə müharibə vəziyyətindədir. Müttəfiq ölkələr bir-birinə belə münasibət bəsləmirlər".

AzNews.az