Azərbaycanda daha bir məhkum ölüb

5 İyun 2013 18:17 (UTC+04:00)


Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Ürək-damar xəstəliyindən həmin müəssisədə müalicə alan, 1958-ci il təvəllüdlü Əli Səməd oğlu Səmədov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə. Səmədov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilibmiş.

AzNews.az