8 kiloqramlıq uşaq doğuldu

5 İyun 2013 19:37 (UTC+04:00)


İndoneziyada dünyanın ən iri körpəsi doğulub.

Çəkisi 8 kq 700 qr olan körpə hamını təəccübləndirib. 41 yaşlı qadının dünyaya gətirdiyi uşağın boyu 62 sm olub. Uşağının adını Məhəmməd Əkbər Rusiddin qoyan ana körpənin həmişə ac olduğunu deyib. Onun sözlərinə görə, körpəyə ana südü bəs eləmir və əlavə süd alıb verməyə məcbur olurlar. (anspress)

AzNews.az