“Dağlıq Qarabağ xristianlığın köküdür“

6 İyun 2013 09:53 (UTC+04:00)
Azərbaycanın işğal altındakı ərazisinə - Dağlıq Qarabağa gələn dünyaca məşhur opera müğənnisi Monserrat Kabalye qanunsuz səfərini davam etdirir.

İspan opera muğənnisi səfəri zamanı gözlənilməz açıqlama ilə çıxış edib.

"Mən bura Stepanakertə (Xankəndi-red.) bir müğənni kimi gəlmişəm. Bundan əlavə, mən burda Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi kimi təmsil olunuram. Sizə öz qəlbimi verirəm" –deyə o, çıxışında ermənilərə xitabən vurğulayıb.

Qarabağ haqqında danışan müğənni "bura nəinki xristian adası, həm də xristianlığın köküdür. Mən də sümüyümün iliyinədək xristianam".

Dağlıq Qarabağdakı separatçı rejimin prezidenti Bako Saakyanla görüşən Kabalye və qızına qızıldan xaç formasında hazırlanmış boyunbağılar hədiyyə edilib.

Xankəndinin ardınca Şuşa şəhərinə də gedən müğənni bundan sonra İrəvana qayıdıb.

Xatırladaq ki, Monserrat Kabalye iyunun 9-da İrəvan Milli Opera və Balet teatrında konsert vermək üçün Ermənistana səfər edib.//modern//

AzNews.az