“Eynicinslilərin nikahına və abortlara son!“– Aksiya

6 İyun 2013 09:55 (UTC+04:00)



"Eynicinslilərin nikahına və abortlara qarşı" keçirilən aksiyada 40 minə yaxın insanın iştirak etdiyi bildirilir. Yerli əhali hökumətdən abortlara və eynicinslilərin nikahına son qoyulmasını tələb edib.

Statistikaya görə, hazırda Braziliyada hər hamilə qalan 4 qadından 1 və ya 2-si abortlara can atır. Ölkədə demoqrafik vəziyyətin bərbad olduğu və gənclərin ölkədə sayının azalması müşahidə olunur.

Etirazçılar aksiya iştirakçılarının artacağını istisna etmirlər.

Aynur Hüseynova
AzNews.az