Güclü külək əsəcək

6 İyun 2013 11:04 (UTC+04:00)



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Dəniz suyunun temperaturu 20-22 dərəcəyə çatacaq.


Rayonlara gəlincə, iyunun 7-də dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, şərq rayonlarında isə axşam qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-20 isti dərəcə olacaq.


Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, iyunun 7-dən 8-i gündüzədək güclü xəzri küləyinin üstünlüyü metohəssas insanlarda diskomfort hissi yarada bilər.

AzNews.az