“Xalidə Xalid bu gün Azərbaycana qayıdır“- XİN

6 İyun 2013 11:36 (UTC+04:00)



Bu barədə Trend-ə AR XİN rəsmi nümayəndəsi Elman Abdullayev məlumat verilib.

Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar.

Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib. İran tərəfi bir müddət öncə həmin şəxslərin azadlığa buraxıldığını açıqlasa da, bu günə qədər onlar Azərbaycan tərəfinə təhvil verilməmişdi.

AzNews.az