Bakıda Türkiyə vətəndaşını öldürən şəxs həbs edilib

7 İyun 2013 07:58 (UTC+04:00)


Bu barədə APA-ya Yasamal Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, iyunun 6-da Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü Alim Məhəmmədi öldürən, 1958-ci il təvəllüdlü Qaradağ rayon Ələt qəsəbə sakini Rasim Əşrəf oğlu Məmmədov saxlanılıb. Hadisənin motivləri hələlik məlum deyil.

Qeyd edək ki, A. Məhəmmədin meyiti mayın 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən "Göyçay Caspian" MMC-nin ofisində aşkarlanıb.

Meyitə baxış zamanı A. Məhəmmədin çoxsaylı bıçaq xəsarəti ilə qətlə yetirildiyi məlum olub.

AzNews.az