Bu gün 55 min şagird imtahan verir

7 İyun 2013 08:10 (UTC+04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvanski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

TQDK-dan verilən məlumata görə, IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb.

İmtahanda 32121 nəfər IX sinif şagirdinin (Naxçıvan MR-də 4375, İmişlidə 1734, Ağcabədidə 2101, Ağdamda 1369, Saatlıda 1354, Sabirabadda 2803, Füzulidə 807, Beyləqanda 1353, Xocavənddə 61, Lənkəranda 2522, Astarada 1428, Masallıda 2554, Lerikdə 850, Yardımlıda 1037, Cəlilabadda 2871, Salyanda 1889, Neftçalada 1013, Biləsuvarda 1754, C. Naxçıvaniski adına hərbi liseydə 246) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 2823 nəzarətçi-müəllim ayrılıb.

Ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün isə 92 imtahan mərkəzi ayrılıb.
İmtahanda 23835 nəfər XI sinif şagirdinin (Naxçıvan MR-də 4406, İmişlidə 1387, Ağcabədidə 1600, Ağdamda 812, Saatlıda 829, Sabirabadda 2094, Füzulidə 643, Beyləqanda 901, Xocavənddə 39, Lənkəranda 1780, Astarada 999, Masallıda 1632, Lerikdə 497, Yardımlıda 731, Cəlilabadda 2012, Salyanda 1171, Neftçalada 733, Biləsuvarda 1149, C. Naxçıvaniski adına hərbi liseydə 240) iştirakı gözlənilir. İmtahanın idarə edilməsi 1812 nəzarətçi-müəllim ayrılıb.
Hər iki imtahana ümumilikdə 224 imtahan rəhbəri cəlb edilib.

Elnarə
AzNews.az