“Neftçi” prezidenti istefaya göndərilir

7 İyun 2013 14:11 (UTC+04:00)
"Neftçi" futbol klubunun prezidenti Sadıq Sadıqov yaxın günlərdə istefaya göndəriləcək. Sadıqov səhhətindəki problemlərlə əlaqədar postunu tərk etməyə qərar verib.

Yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkən klub prezidentinin istefasında mayın 28-də "Neftçi" və "Xəzər Lənkəran" arasında keçirilmiş oyundan sonra baş verənlər də müəyyən rol oynayıb.

Yeni prezidentin Azərbaycan Dövlət Neft Şirkəti rəsmilərindən birinin olacağı bildirilir.//lent.az//

AzNews.az