Hakim partiyadan istefalar

7 İyun 2013 14:55 (UTC+04:00)
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının İğdır təşkilatının katibi Mehmet Soyük istefa verib. O, istefasının səbəbini ölkədə son zamanlar baş verən etiraz aksiyalarında iştirakçılara qarşı polis zorakılığı, həmçinin İstanbul boğazında tikilən üçüncü körpüyə Sultan Səlimin adının verilməsi ilə əlaqələndirib.

M. Soyük indiki şəraitdə adıçəkilən partiyada siyasi fəaliyyətini davam etdirməsinin mümkün olmadığını bildirərək istefa verdiyini açıqlayıb.

Elnarə
AzNews.az