Bəşir Əsəd Suriyaya tam nəzarəti ələ keçirir

7 İyun 2013 16:55 (UTC+04:00)


Suriyada Əsədin tərəfdarları ilə Hizbullah birləşmələrinin günlər sürən bombardumanının sonra müxalif güclər Kusayrı tərk etmək məcburiyyətində qalıb. Kusayr müxaliflər üçün strateji əhəmiyyətə malik bir qəsəbə idi.
Türk mediasının məlumatına görə, Suriya ordusunun əlinə keçən qəsəbə tamamilə xarabalığa çevrilib. Evlərin böyük əksəriyyəti yaşanmaz hala gəlib. Əsəd güclərinin qırğın törədəcəyindən qorxan dinc əhali oranı tərk edib. Küçələrdə patrul dəstələri gəzməsinə baxmayaraq, qəsəbə boş səhralığı xatırladır
Gecə yarısı Kusayra girən Əsəd əsgərləri və Hizbullah birliklərinin çoxlu sayda adamı edam etdikləri bildirilir.
Qeyd edək ki, 46 gün davam edən sıx hava və quru bombardumanının sonra bir çox bölgədə də daş-daş üstündə qalmayıb, mülkü vətəndaşların yaşadığı binaların böyük əksəriyyəti yararsız hala düşüb.

Elman
AzNews.az