Tahir Salahov dövlət mükafatına layiq görülüb

7 İyun 2013 18:06 (UTC+04:00)



APA-nın Rusiya mediasına istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin mədəniyyət üzrə müşaviri Vladimir Tolstoy açıqlama verib.

T.Salahov Rusiyada təsviri sənətin inkişafındakı xidmətlərinə görə ölkənin ən yüksək mükafatı hesab olunan Dövlət Mükafatına layiq görülüb.

Qeyd edək ki, Rusiyada Dövlət Mükafatının məbləği 5 milyon rubl təşkil edir. Mükafatların təqdimat mərasimi iyunun 12-də Kremldə baş tutacaq.

AzNews.az