Torpaq uçqunu altında qalan şəxs dünyasını dəyişib

8 İyun 2013 11:07 (UTC+04:00)



AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 7-də Pirsaat çayının Şamaxı rayonunun Sabir qəsəbəsinin ərazisindən keçən hissəsində torpaq sürüşməsi baş verib.

Torpağın altında qalmış qəsəbə sakini Kamal Həmidov xəstəxanaya çatdırılsa da, orada ölüb.

AzNews.az