Atəşkəs pozulub

9 İyun 2013 07:44 (UTC+04:00)


Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Ağdam rayonunun Mərzili, Şirvan, Şıxlar, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az