Bakıda atəşfəşanlıq olacaq

10 İyun 2013 10:11 (UTC+04:00)


Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ötən illərdə olduğu kimi, bu il də iyunun 15-də əvvəlcə Dənizkənarı Milli Parkda ölkənin tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert keçiriləcək.

Konsertin sonunda isə atəşfəşanlıq olacaq. Tədbirlərin axşam saatlarında keçirilməsi nəzərdə tutulur.

AzNews.az