“100-ə yaxın redaksiyaya məktub göndərmişik“

10 İyun 2013 11:53 (UTC+04:00)


Bu sözləri Movqe.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib. Ə. Amaşov bildirib ki, redaksiyalarda iclaslar Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin iştirakı ilə keçirilir: ""Burada məqsəd iclasların demokratik keçirilməsinin, kollektiv içərisində ən çox kimin ehtiyacı olduğunu müəyyənləşdirilməsi və onun namizədliyinin necə irəli sürüldüyünün şahidi olmaqdır. Həmin redaksiyalardan namizədlər irəli sürülüb, sənədlər protokollaşdırılır və Mətbuat Şurasına təqdim edilir".

MŞ sədri onu da qeyd edib ki, jurnalistlər üçün tikilən binadan mənzil almaq istəyən namizədlərin sənədləri təqdim olunduqdan sonra çox qısa bir müddətdə onların sənədləri yoxlanılacaq. Və sənədlər Prezident Adminstrasiyasına göndəriləcək. Ə. Amaşov fərdi şəkildə jurnalistlər tərəfindən də ev üçün müraciətlər olunduğunu da bildirdi: "Jurnalistikanın inkişafında xidmətləri olan, uzun illər jurnalist fəaliyyəti ilə məşğul olan insanlar da bizə ev üçün müraciət edir ki, biz onların da sənədlərini Prezident Adminstrasiyasına göndərəcəyik".

Ə. Amaşov redaksiyadan jurnalistlər üçün tikilən binadan mənzil almaq istəyən namizədlərin sənədlərinin təqdim olunması üçün müəyyənləşdirilmiş müddətin uzadılmayacağını da söylədi.

AzNews.az