Tatarıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri dəyişdi - FOTO

10 İyun 2013 12:51 (UTC+04:00)
Rusiya Federasiyanın Tatarıstan Respublikanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri dəyişib.

APA-nın məlumatına görə, Tatarıstan prezidenti Rüstəm Minnixanovun fərmanı ilə Alfred Zakirov Tatarıstanın Bakıdakı nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib. Bu vəzifədə o, Nail Zaripovu əvəz edəcək.

Qeyd edək ki, Zakirov Alfred Firdausoviç 1981-ci ilin iyunun 7-də Kazanda doğulub. Bundan əvvəl o, Tatarıstan baş nazirinin xarici iqtisadi əlaqələr üzrə köməkçisi olub.

AzNews.az