Türkiyə BTC-dən razıdır

10 İyun 2013 15:03 (UTC+04:00)
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Türkiyə üçün əhəmiyyətli gəlir mənbəyi və nüfuzlu layihə hesab edilir. "Anadolu" agentliyinin məlumatına görə, bunu BP şirkətinin Türkiyə üzrə vitse-prezidenti Hakan Türker bildirib.

Onun sözlərinə görə, Türkiyə bu layihəni olduqca perspektivli hesab edir. BP nümayəndəsi hər gün BTC vasitəsilə dünya neftinin 1 faizinin keçdiyini vurğulayıb.

Elnarə
AzNews.az