Meksikada tələbələr üsyan edir

11 İyun 2013 07:44 (UTC+04:00)


Tələbələr polisə şüşə butulkalar, daş və taxta atıblar.

Üzlərini maska ilə gizlədən tələbələr Mexiko hökumətinin məmurlarından birini girov götürüblər. Polis isə 20-yə yaxın tələbəni saxlayıb. İki nəfər yaralanıb.

Qeyd edək ki, 1971-ci ilin 10 iyun tarixində tələbə nümayişini polis vəhşicəsinə dağıtmışdı. Həmin vaxt 120 nəfər həlak olmuşdu.

Dünən isə tələbələr həmin hadisələrin xatirəsinə həsr olunmuş nümayiş keçiriblər.

AzNews.az