Azərbaycanın veteran futbolçusu vəfat edib

11 İyun 2013 09:56 (UTC+04:00)



Azərbaycanın tanınmış futbol veteranı Nizami Salahov 68 yaşında Bakıda dünyasını dəyişib. İki ay sürən ağır xəstəlikdən sonra dünyasını dəyişən keçmiş hücumçu bu gün doğma şəhərində torpağa tapşırılacaq.

Nizami Salahov 1965-75-ci illərdə Azərbaycan futbolunda top qovub. "Neftçi" klubunun 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazandığı dövrdə ağ-qaraların formasını geyinib.(anspress)

AzNews.az