Şadlıq sarayı qarşısında bıçaqlanma- Bakıda

11 İyun 2013 11:10 (UTC+04:00)


Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Zəngəzur" şadlıq sarayının qarşısından Cəlilabad rayon sakini Cəfər Bağırlı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Cəlilabad rayon sakini Elşən Bağırzadə tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Faktla əlaqədar araşdırmalar aparılır.

AzNews.az