Çin kosmosa adam göndərir
11 İyun 2013 12:38 (UTC+04:00)
Çin kosmosda təcrübələr aparacq. Çin rəsmiləri kosmosa göndərəcək heyətin tərkibini də müəyyənləşdirib. Kosmosa uçacaq raketdə Çin ordusunun 3 pilotu yer alacaq. Onlardan ikisi kişi biri isə qadındır. Yaxın günlərdə Ni Haişenq, Zhanq Xiaoquanq və qadın pilot Vanq Yapinq "Shengzhou-10" adlı raketlə kosmosa yola düşəcəklər.
Kosmonavtların orada 15 gün qalacaqları, tibb və texnologiya sahələrində təcrübələr aparacaqları bildirilir. (anspress)
AzNews.az