Gülər Əhmədova ilə bağlı yayılan videolar yenidən ekspertizada

12 İyun 2013 11:26 (UTC+04:00)



Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Abdullayev Gülər Əhmədova ilə bağlı yaydığı videoların montaj olunmamış formasını istintaq orqanına göndərib. Bundan sonra istintaq orqanı tərəfindən həmin videomateriallarla bağlı təkrar ekspertizanın keçirilməsinə qərar verilib. Məlumata görə, qərar bir müddət əvvəl verilib. Ekspertizanın qərarı yaxın günlərdə elan olunacaq.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.1-ci maddələri ilə təqsirləndirilir.

AzNews.az