Zanetti “İnter”də qaldı

12 İyun 2013 14:56 (UTC+04:00)
Argentinalı ulduz futbolçu X. Zanetti "İnter"də qalıb.

O, müqaviləsini 2014-cü ilə qədər uzadıb. 39 yaşlı futbolçu "Palermo" ilə matçda zədələnsə də, klub rəsmiləri onu saxlamaq qərarına gəliblər.

Bundan çox sevindiyini bildirən müdafiəçi klubun rəsmi saytına verdiyi açıqlamada bu inamın qarşılığını qaytaracağına ümidvar olduğunu bildirib.

Onu da qeyd edək ki, Zanetti 1995-ci ildən İtaliya "İnter"inin şərəfini qoruyur.

Elvin
AzNews.az