Atasının qatilini 27 il sonra tapdı

12 İyun 2013 16:31 (UTC+04:00)



Amerikalı müğənni və aktrisa Coselin Martinez, atasının qatilini 27 il sonra polis vasitəsilə tapıb.

Custo Santos adlı 43 yaşındakı adamın Kaliforniyada bina təmizlik işləri görən bir şirkətin müdiri olaraq çalışdığı təsbit edilib. Aktrisa Martinez, atası öldürüldüyü zaman 9 yaşında olduğunu ifadə edərək, çox çətin zamanlar yaşadığını, ancaq qatilin adını heç bir zaman unutmadığını bildirib.

Cinayətin baş verdiyi dövrdə Santos, Dominikan Respublikasına qaçmağı bacarıb. Martinez, qatilin adını hər zaman ağlında tutduğunu və bir gün onu tapacağı istiqamətindəki ümidinin həmişə olduğunu ifadə edərək, Custo Santos haqqında çıxan axtarış elanlarını saxladığını və beləcə qatilin üzünü unutmamağı bacardığını söyləyib.

Atasının qatilini sosial şəbəkə vasitəsilə tapan Martinez, insanları tapmağa yarayan bir internet saytından faydalandığını izah edib. Custo Santos aktrisanın atasını restoranda çıxan bir mübahisədə vuraraq öldürdüyü bildirilib.//movqe.az//

AzNews.az