Deputat Zakir Qaralova müraciət etdi

13 İyun 2013 09:12 (UTC+04:00)
Millət vəkili N!DA-çı Zaur Qurbanlını zaminə götürmək istəyir

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Baş Prokuror Zakir Qaralova müraciət edib.

Partiyadan AzNews.az-a daxil olan məlumata görə, S.Rüstəmxanlıə həbsdə olan talassemiya xəstəsi N!DA-çı Zaur Qurbanlını zaminə götürmək istəyir.

Partiya sədrinin müraciətində Z.Qurbanlının bir neçə xəstəlikdən əziyyət çəkdiyi, müalicəyə ciddi ehtiyac duyduğu, əvvəllər məhkum olunmadığı nəzərə alınaraq, onun məhkəməyə qədər zaminliyinə buraxılması xahiş edilir.

Xatırladaq ki, Z.Qurbanlı Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə ittiham olunur. O, betta dərəcəli talassemiya xəstəsidir. Z.Qurbanlı aprel ayının əvvəlindən həbsdədir.

Anar
AzNews.az