BMT-də qalmaqal - Video

13 İyun 2013 15:45 (UTC+04:00)



Yaponiyanın BMT-dəki nümayəndəsi Xideaki Ueda bu gün təşkilatın toplantısı zamanı qalmaqal yaradıb.

Belə ki, o iclas zamanı öz mavritaniyalı həmkarına qışqırıb.
"Russiya Today"in verdiyi məlumata görə, onun bu hərəkəti hamını təəccübləndirib və sosial şəbəkələrdə böyük maraqla izlənib. Tokio hökuməti ölkəni təmsil edən siyasətçinin belə biabırçı hərəkətinin Yaponiyaya haqqında mənfi imic yaratdığını elan edərək, onu dərhal ölkəyə geri çağırıb.

"Belə görünür ki, biz onu yeni nümayəndəmiz ilə əvəz edəcəyik. Çünki o emosiyalarına hakim ola bilməyərək, Yaponiyanın adına ləkə gətirib", -deyə Yaponiyanın xarici işlər naziri çıxışında bildirib.



Aynur Hüseynova
AzNews.az