Qəddafinin xəzinəsi tapıldı

14 İyun 2013 07:29 (UTC+04:00)



Bu barədə məlumatı CAR-ın Maliyyə Nazirliyi yayıb.

Liviya tərəfinin Qəddafinin sərvətinin bir hissəsinin CAR-da gizlədilməsi ilə bağlı açıqlamalarından sonra aparılan araşdırmalar nəticəsində xəbər təsdiqini tapıb. Məlum olub ki, diktatorun qanunsuz yollarla əldə etdiyi qızıl, zinət əşyaları və nəğd pul da daxil olmaqla sərvətinin bir hissəsi CAR-da gizlədilib. 1 milyard dolar dəyərində olan sərvət 4 bankda saxlanılıb.

Hazırda Liviya hökuməti Qəddafinin sərvətini axtarışlarını davam etdirir. Bəzi məlumatlara görə, Qəddafi ailəsinin sərvəti 80 milyard dollar olub.

Elnarə
AzNews.az