Bulvarda meyit tapıldı

14 İyun 2013 07:59 (UTC+04:00)


Sabail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bulvarda "Kiçik Venesiya şəhərciyi"ndə təqribi 60 yaşların olan qadın dünyasını dəyişib.

Hadisə yerinə polis və təcili yardım həkimləri gəlib. Araşdırmalar zamanı onun 1947-ci il təvəllüdlü Sara Höcət qızı Cabbarova olduğu məlum olub. İlkin ehtimala görə., onun öz əcəli ilə öldüyü bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az