ARDNŞ-də işə düzəlmək istəyən gənclərin nəzərinə

14 İyun 2013 11:09 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Mingəçevir və Goranboy qaz istismarı Sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.

AzNews.az xəbər verir ki, namizədlərə tələblər bunlardır:

Həqiqi hərbi xidmət keçmiş;

Yaşı 30-dan yuxarı olmamalı;

Fiziki cəhətdən sağlam;

İnsanlarla xoş ünsiyyət yarada bilən;

İradəli;

Nizam-intizamlı;

Çevik olmalıdır.

Arzu edənlər 18 iyun 2013-cü il tarixdə saat 13:00-dan 18:00-dək, 19 iyun 2013-cü il tarixdə saat 09:00-dan 18:00-dək Bərdə qaz istismarı Sahəsinə müraciət edə bilərlər. Ünvan: Bərdə şəhəri, İsmət Qayıbov küçəsi 15. Əlaqə telefonu: 012-521-22-61 (Birliyin Kadrlar şöbəsi)

Tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsi və surəti;

Əmək kitabçası və surəti;

Hərbi bilet və surəti ;

Diplom və ya attestat surəti ;

2 ədəd 3×4 ölçüdə rəngli şəkil

AzNews.az