Daha bir millimiz biabırçı hesabla məğlub oldu

14 İyun 2013 15:50 (UTC+04:00)
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

İsrail yığması ilə qarşılaşan millimiz 1:7 hesabı ilə məğlub olub. Futbolçularımızdan Ramil Əliyev fərqlənib.

Qeyd edək ki, seçmə mərhələ oyunları İtaliyanın Terracina şəhərində təşkil olunub.

AzNews.az