Yeniyetmə qəbiristanlıqda qətlə yetirildi

15 İyun 2013 09:24 (UTC+04:00)
AzNews.az apa-ya istinadən xəbər verir ki, Bakıda qəbiristanlıqda qətl hadisəsi baş verib.


Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 6 ünvanında, Komsomol dairəsinin yaxınlığında yerləşən qəbiristanlıqda qeydə alınıb. 1997-ci il təvəllüdlü Elzay Vaqif oğlu Zeynalov tanışı 1995-ci il təvəllüdlü Nahid Qədir oğlu Kərimovu bıçaqlayaraq qətlə yetirib.

Hazırda E. Zeynalovun tutulması istiqamətində iş aparılır.

AzNews.az