Velosipedçilər bayram günü yarışdılar- Fotolar

15 İyun 2013 15:03 (UTC+04:00)


Tədbirə 500 nəfərdən çox velosipedçi qatılmışdır. Bu barədə şənbə günü Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumatda deyilir:

Əvvəlcə 7-12 yaş arası uşaqlar arasında vaxt ilə fərdi ötüşmə keçirilib. Sonra həvəskar qızlardan ibarət dəstə qrup ötüşməsinə qatılıb. Daha sonra həvəskar velosipedçilər arasında fərdi ötüşmə ilə bayk (mountain bike) və şosse yarışması da keçirilib.

Bundan sonra 15 yaşlı uşaqlar (U15), gənclər (U17) və elit qruplar (U23) yarışa qatılmışlar. U15 qrupuna daxil olan idmançılar 5.5 km, gənclər qrupu 15.5 km, elit qrup isə 29.6 km məsafə qət ediblər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Velosiped idmanının ölkəmizin peşəkar idman növləri arasında yer almasının daha bir göstəricisi bu yaxınlarda Azərbaycanın ilk peşəkar velosiped komandasının - "Synergy Baku Cycling Project" - yaradılması olub. Məqsəd ölkəmizin ilk peşəkar klubunu formalaşdırmaqla beynəlxalq yarşlarda iştirak etmək, bununla da ölkəmizdə velosiped idman növünə marağın artırılmasına nail olmaqdır. Komandamız artıq bir çox beynəlxalq yarışlarda uğurlu nəticələr də göstərib.

AzNews.az