AKP tərəfdarları mitinq keçirir

15 İyun 2013 17:47 (UTC+04:00)


"Milli iradəyə sayğı mitinqi"nə gələn 10 minlərlə insan polis yoxlamalarından sonra Sincan bazar yerinə toplaşırlar.

Məlumatda deyilir ki, mitinq iştirakçılarına AKP nümayəndələri tərəfindən Türkiyə və partiyanın bayraqları verilib.

Əskişəhər, Konya, Kırıkkala, Yozqat, Çorum və digər illərdən gəlmiş insanlarla yanaşı, mitinqdə başda Ankaragücü olmaqla 3 böyük komandanın tərəfdarları da iştirak edir.
Mitinqlə bağlı polis güclü mühafizə sistemi yaradıb, 1 helikopter havadan müşahidələr aparır. Hətta, binaların damlarında polislərin olması da diqqətdən yayınmayıb.

AzNews.az