“El“ Hərəkatı əməkdaşımızla bağlı bəyanat yaydı

16 İyun 2013 10:57 (UTC+04:00)
"El" Hərəkatı AzNews.az-ın əməkdaşının ailəsinə edilən hücumla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Zərdab rayonunun bir qrup sakini AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edib.

Hücum edən şəxslər jurnalistin ailə üzvlərini təhqir edib, onun atasına fiziki xəsarətlər yetiriblər.Basqın isə Zərdab Rayon İcra hakimiyətinin başçısı Lütfəli Babayev və onun müavini Allahverdi Səfərovun təşəbüsü ilə həyata keçirilib. Məqsəd isə Zərdabda baş verən hər hansı bir hadisənin mətbuatda işıqlanmamasının qarşısını almaqdır.

"EL" Hərəkatı Zərdab rayonunda jurnalistin ailəsinə qarşı həyata keçirilən bu zorakılıq hadisəsini qətiyyətlə pisləyir və günahkarların təcili olaraq məsuliyyətə cəlb olunmasını tələb edir".

AzNews.az