Gecə saatlarında Bakıda zəncirvari qəza

17 İyun 2013 07:53 (UTC+04:00)
Gecə Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektindən üzü aeroport istiqamətinə gedən yolda qeydə alınıb. Qəza zamanı əvvəl "VAZ 2104" markalı avtomaşın eyni istiqamətdə hərəkət edən "Opel" markalı maşının arxa hissəsinə çırpılıb. Bu zaman həmin yolla hərəkət edən "Mitsubishi" markalı nəqliyyat vasitəsinin sürücüsü əzilən maşınlarla toqquşmaqdan yayınmağa çalışıb.

Amma sürücünün bu cəhdi uğursuz alınıb və "Mitsubishi" markalı avtomaşın yol kənarındakı dəmir arakəsmələrə çırpılaraq aşıb. Xoşbətxlikdən bu qəza zamanı xəsarət alan olmayıb. Hər iki yol nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşıdrma aparılır.//anspress//

AzNews.az