17 mərtəbəli yaşayış binasında yanğın - Bakıda

17 İyun 2013 08:16 (UTC+04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

AzNews.az- ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhəri, Nərimanov rayonunda "QLOBAL" MTK inşaat şirkətinə məxsus 17 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 13-cü mərtəbəsindən 17-ci mərtəbəsinə qədər 20 ədəd elektrik sayğacı və 75 pm kabel yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 20 sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az