Qəbiristanlıqda qətl törədənlər tutuldu

17 İyun 2013 11:45 (UTC+04:00)



abunçu Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 14-də Abbas Abbasovu öldürüb, Şahid Kərimova isə xəsarət yetirib, hadisə yerindən qaçan Elzay Zeynalzadə, habelə hadisənin digər iştirakçısı, Bakı şəhər sakini Samir Zabitov tutularaq istintaqa təhvil veriliblər.

Qeyd edək ki, hadisə iyunun 14-də Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 6 ünvanında, keçmiş "Komsomol" dairəsinin yaxınlığındakı qəbiristanlıqda qeydə alınıb.

1997-ci il təvəllüdlü Elzay Vaqif oğlu Zeynalov tanışı, 1995-ci il təvəllüdlü Nahid Qədir oğlu Kərimovu bıçaqlayıb, daha sonra isə həmyerlisi Abbas Abbasovu qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az